Nyu-Yorkdakı Türk Evinə hücum olub

Nyu-Yorkdakı Türk Evinə hücum olub
DÜNYA
17:47 22.05.2023
157
ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, binanın şüşələri sındırılıb.

Hücumu terrorçuların həyata keçirdiyi bildirilir. Məlumata görə, binanın şüşələri dəmir alətlə sındırılıb.

Nyu-York Şəhər Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hazırda Türk Evində Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün seçki məntəqəsi fəaliyyət göstərir.

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu da burada yerləşir.
OXŞAR XƏBƏRLƏR