Nyu-Yorkdakı restoranının bağlandığı iddiası ilə gündəmə gələn Nüsrət Gökçə bu barədə danışıb.
AZXEBER.COM xəbər verir ki, bir çox ölkədə restoranları olan Nüsrət Gökçənin Nyu-Yorkdakı işi tez-tez gündəm olur. Bir müddət "Nyu-Yorkun ən pis restoranı" seçilən Gökçenin restoranının bağlandığı iddia edilib.
Gökçə restoranın bağlanması iddialarını yalanlayıb. Onun sözlərinə görə, restoranın olduğu ərazidə tikinti işləri getdiyindən məkana giriş-çıxışda çətinlik yaşanırmış və bu səbəbdən restoran başqa bir əraziyə köçürülüb.
"Ora Nyu-Yorkun gözəl yerlərindən birində idi, amma çox uğursuz başladıq. Açılışdan bir həftə sonra pandemiya başladı. Daha sonra binada abadlıq işləri aparıldı və restoranın qarşısında bütün mənzərəni əhatə edən nəhəng estakada tikildi. Məkan sahibi bizə söz vermişdi ki, estakada iki aya söküləcək. Amma sözünə əməl etmədi. O estakadaya görə, məkana girmək çox çətin idi. İki il estakada götürülməyəndən sonra biz də mağazanı köçürməli olduq”.
Ayşən