Nyu-Yorkun mərkəzində Azərbaycanın bayrağı qaldırılıb - VİDEO

Nyu-Yorkun mərkəzində Azərbaycanın bayrağı qaldırılıb -  VİDEO
Siyasət
11:20 19.10.2013
1844

Azərbaycanın dövlət müstəqilliyinin növbəti ildönümü Nyu-Yorkda qeyd edilib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə Türkiyə KİV-ləri yazıb.Məlumata əsasən, Nyu-Yorkdakı Azərbaycan Assosiasiyası tərəfindən Uoll-Stritdə yerləşən “Bowling Green Park”-da təşkil olunan bayram tədbirinə Azərbaycan diasporası nümayəndələri ilə yanaşı Türk-Amerika Dərnəkləri Federasiyasının təmsilçiləri də qatılıblar.Tədbirdə Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndiriləndən sonra Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdelenli çıxış edib və Azərbaycanın müstəqilliyinin 22-ci ilini türk diasporu ilə birlikdə qeyd etdikləri üçün böyük fəxr hissi keçirdiyini dilə gətirib.Keçirilən bayram tədbirləri çərçivəsində hər il olduğu kimi bu il də “Bowling Green Park”-dakı bayraq dirəyinə Azərbaycan bayrağının sancıldığını bildirən E.Yerdelenli deyib: “Burada keçirilən bayram mərasimi Türk diasporunun gücünün ermənilərə göstərilməsidir. Nə qədər ki Qarabağ torpaqları Azərbaycana geri verilməyib, heç bir azərbaycanlının gözünə rahat yuxu getməyəcək. Bizi bu günümüzdə tək qoymayan və dəstək verən türk diasporu təmsilçilərinə öz minnətdarlığımızı bildiririk.E.Yerdelenli onu da qeyd edib ki, bu il ilk dəfə olaraq, Nyu-Cersi ştatının senatı tərəfindən Azərbaycanla münasibətlərin əhəmiyyətinə diqqət verilməsinin vacib olduğunu qeyd edən sənədin qəbul edilməsi olduqca təqdirəlayiq haldır.Mərasimdə çıxış edən Türk-Amerika Dərnəkləri Federasiyasının başçısı Ali Çınar rəhbərlik etdiyi federasiyanın Azərbaycan diasporu ilə əlaqələrinin genişləndirilməsi məqsədilə işlərin görüldüyünü qeyd edib.“Uoll-Stritdə Azərbaycan bayrağının dalğalanmasından qürur hissi duyuruq. Ulu öndər Atatürkün də dediyi kimi, sizin məqsədiniz bizim məqsədimiz, sizin xoşbəxtliyiniz bizim xoşbəxtliyimizdir! – A.Çinar çıxışında vurğulayıb.Bayram tədbirindəki çıxışlardan sonra Azərbaycan bayrağı dirəyə sancılaraq, yüksəklərə qaldırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı