Noyabrın əvvəlində keçirilən seçkidə qalib gələn Zohran Mamdani Nyu-York şəhərinin yeni meri kimi and içib.
AZXEBER.COM xəbər verir ki, "Associated Press"ə istinadən xəbər verir ki, mərasim Manhettendəki şəhər meriyasında bağlı qapılar arxasında baş tutub.
Məlumata görə, Mamdani Nyu-Yorkun ilk müsəlman meri olub və tədbirdə Qurana and içib.
Qeyd edək ki, mer seçkisi ötən il noyabrın 4-də keçirilib. ABŞ Prezidenti Donald Tramp seçiciləri müstəqil namizəd Endryu Kuomoya səs verməyə çağırıb. Trampın kommunist hesab etdiyi Mamdani "demokrat-sosialist" kimi tanınır.









































