Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxacaq.
İngiltərə təmsilçisi "Nyukasl”ın azarkeşləri oyunla bağlı hesab təxminlərini AZXEBER.COM-la bölüşüblər.
Sorğuda iştirak edən azarkeşlərin əksəriyyəti komandalarının qələbəsinə inandıqlarını bildiriblər. Onlar 3:0, 4:0 və 3:2 hesabları ilə "Nyukasl”ın qalib gələcəyini deyiblər.
Qeyd edək ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Ayla





































