Elxan Məmmədov koronavirusla bağlı çağırışa qoşuldu - VİDEO

VİDEO
21:35 19.03.2020
14381
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) #evdəqal həştəqi ilə başlatdığı kampaniyaya AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da qoşulub.

AZXEBER.COM-un məlumatına görə, bununla bağlı federasiyanın rəsmi "Instagram" səhifəsində video paylaşılıb.

Xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən E.Məmmədov insanlara sağlam həyat tərzi seçməyi tövsiyə edib. Sonda isə o, Premyer Liqa klublarının rəhbərliyini çağırışa qoşulmağa dəvət edib.

Qeyd edək ki, koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alan ÜST #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırıb.
 

OXŞAR XƏBƏRLƏR