Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
SİYASƏT
14:42 22.09.2026
570
Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga”nın məlumatına görə, Brüssel Bələdiyyə Şurası daha əvvəl hər il yenilənən qadağanın bu dəfə 4 il müddətinə tətbiq olunmasına qərar verib.

Qadağa Brüsselin piyada zonasında, eləcə də şəhər mərkəzindəki bəzi küçə və meydanlarda qüvvədədir.

Günün 24 saatı tətbiq olunan qadağa restoran və barların terraslarına, həmçinin bələdiyyənin icazə verdiyi və ya təşkil etdiyi kommersiya, əyləncə və idman tədbirlərinə şamil olunmur.

Qadağanı pozan şəxslər 500 avroyadək inzibati cərimə oluna bilərlər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR