Xətai rayonunda baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
***
Paytaxtın Xətai rayonunda, NZS qəsəbəsində təkər tullantıları yığılmış ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Ətraflı məlumat veriləcək.













































