O artıq 'Milan'lı oldu - FOTO

İDMAN
16:58 31.01.2013
1434
Balotelli İtaliyada oynayacaq. 
AZXEBER.COM-un məlumatına görə, İtaliyanın “Milan” klubu “Mançester Siti”nin keçmiş oyunçusu Mario Balotelli ilə rəsmi müqavilə imzalayıb.İtaliya klubu 22 yaşlı hücumçu ilə 2017-ci ilin 30 iyununa kimi müqaviləni davam etdirəcək. Məşhur qalmaqallı futbol ulduzu “Milan”lı azarkeşlərə rəsmən bu gün İtaliya vaxtı ilə saat 19:00-da təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR