“O bütün Azərbaycandan üzr istəməli, sonra ölkədən qovulmalıdır” – Millət vəkili

“O bütün Azərbaycandan üzr istəməli, sonra ölkədən qovulmalıdır” – Millət vəkili
İDMAN
15:07 26.10.2016
10091
Millət vəkili Aqil Abbas "Neftçi”nin rumıniyalı futbolçusu Katalin Tiranın "Qarabağ”la oyunda meydana girən azarkeşi vurmasına münasibət bildirib.
 
O, Qol.az-a açıqlamasında əcnəbi futbolçunun bu tərbiyəsizliyini kəskin pisləyib və onun klubdan qovulmalı olduğunu deyib: "Belə bir hadisəni ilk dəfə görürəm. Yadınızdadırsa, bir dəfə "Barselona”nın futbolçusu Lionel Messi bilmədən azarkeşin salamını almamışdı. Bütün dünya ayağa qalxdı ki, Messi uşağı niyə təhqir elədi. Sonra Messi o uşağı stadiona apardı və ondan üzr istədi. Mən başa düşə bilmirəm, sən azarkeşi niyə döyürsən? Qəribə burasıdır ki, futbolçular Katalin Tiraya qırmızı vərəqə göstərdiyinə görə hakimə etiraz edirdi. Hətta "Qarabağ”ın futbolçuları da hakimin qərarından narazı idi. O futbolçu qovulmalıdır. Ancaq ilk növbədə bütün Azərbaycandən üzr istəməlidir. Düzdür, baş məşqçi Elxan Abdullayev deyib ki, komandadan qovacağıq. Ancaq birinci üzr istəməlidir”.
 
Aqil Abbas ümumilikdə klubların legioner transferində işləri düzgün qurmadığını qeyd edib: "Bu, ciddi bir müzakirə mövzusudur. Gedib küçədən, çayxanadan futbolçuları yığıb gətirirlər. Çempionatda da onlar oyanyır. Bəs bizim futbolçular özünü harda göstərəcək, məhlədə? Bu qədər legioneri niyə gətirirlər? O qədər pulu xərcləməkdənsə, 3-4 normal legioner almaq daha yaxşı olar. Deməli, nəsə məqsədləri var”. Aqil Abbas "Neftçi”nin acınacaqlı durumu haqda da danışıb: "Neftçi”də hər şey pozulub. Klubu yenidən toparlamaq lazımdır. Elə bil ki, 70 ilin köhnə maşınını divara vurub əziblər. İndi maşını yaxşı ustaya aparıb yığdırmaq əvəzinə, çəkiclə döyəşləyib düzəltmək istəyirlər. Üzümü "Neftçi” azarkeşlərinə tutub demək istəyirəm ki, hər dəqiqə etiraz etmək lazım deyil. Dünən "Neftçi” pis çıxış etmədi. Amma "Qarabağ”la oynayırdı. Axı "Neftçi” indi özünü toparlayır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
22:10 23.05.2025
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı