O da Milli Şuradan getdi

SİYASƏT
10:40 14.01.2014
919
“Müsavat Partiyası Milli Şura ilə bağlı qərar verdi. Mən də o partiyanın üzvü olduğumdan qurumdan istefa verdim”. Bu sözləri Modern.az-a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib.O, bildirib ki, Milli Şuraya Müsavat Partiyası adından qoşulmayıb: “Orada politoloq kimi təmsil olunurdum. Ümumiyyətlə, Müsavatın qərar verməsindən öncə də Milli Şuranın fəaliyyətinin davam etdirilməsinin əleyhinə idim. Bunu tam səmimi deyirəm. Düşünürəm, Milli Şuranın fəaliyyətinə bütün partiyalar birlikdə xitam verməli idilər. Bu, daha məqsədəuyğun olardı. Çünki Milli Şura partiyaların güclənməsinə zərbə vurur. Milli Şura seçki ilə bağlı yaranmışdı. Seçki bitəndən sonra qarşıdakı illər ərzində bir blokda qalmaq nə dərəcədə düzgündür, bilmirəm”.

OXŞAR XƏBƏRLƏR