“O, popkorndan insanlar zəhərlənə bilərdi” — Deputat həmkarını müdafiə etdi

“O, popkorndan insanlar zəhərlənə bilərdi” — Deputat həmkarını müdafiə etdi
SOSİAL
14:00 08.05.2019
3829
Milli Məclisin deputatı, professor Rüfət Quliyevin millət vəkili həmkarı Rasim Musabəyovun Bakıda yeraltı keçiddə popkorn satan uşağı "həyasız” adlandırması və onun vergi ödəməyini tələb etməsi ilə bağlı məsələdən danışıb. 

AZXEBER.COM xəbər verir ki, Deputat Rüfət Quliyev Demokrat.az–a açıqlamasında Rasim Musabəyovu dəyərli ziyalı kimi tanıdığını bildirib:

"Mənim Rasim müəllimə böyük hörmətim var. O, yaxşı siyasətçidir, dəyərli insandır, ziyalı adamdır. Rasim Musabəyov həm savadlı politoloqdur, həm də ictimai-siyasi və sosial-iqtisadi məsələrdən yaxşı anlayışı olan şəxsdir. Mən onunla dəfələrlə xaricdə səfərlərdə olmuşam, xeyli söhbətlərimiz olub”.

Deputat kiçik sahibkarlığın inkişafına daim şərait yaradılmasına tərəfdar olduğunu söyləyib:

"Mən də tərəfdarıyam ki, kiçik sahibkarlığın inkişafına daim şərait yaradılmalıdır. Cənab Prezident də hər dəfə bildirir ki, Azərbaycanda kiçik sahibkarlığın inkişafına hər kəs dəstək verməlidir. Ölkəmizdə mikrosahibkarlığa nə qədər çox imkanlar yaradılsa, bu, bir o qədər faydalıdır.  Ancaq bu qanun çərçivəsində olmalıdır. Yəni, küçə ticarətilə məşğul olan şəxslər hardasa qeydiyyatdan keçməlidirlər. Çünki istənilən qida məhsulu, o cümlədən popkorn istifadə müddətini keçmiş ola və bundan insanlar zəhərlənə bilər. Burada söhbət təkcə popkorndan getmir. Söhbət həm də istənilən qida məhsulundan gedir”.

R.Quliyev deyib ki, ümumiyyətlə, qanunsuz küçə ticarətilə məşğul olmaq doğru deyil:

"Uşaqlar küçələrdə qanunsuz formada nə isə satırsa, bunu ölkəmizə gələn xarici turistlər də baxıb görürlər. Sonra onlarda ölkəmiz haqqında müəyyən fikirlər yarana bilər. Küçə alverilə məşğul olan istənilən adamın əlində satdığı məhsulun keyfiyyəti barədə sənədi olmalıdır. Əgər sabah mənim və ya digər insanların övladları küçədə satılan məhsullardan yeyən zaman hər hansı problem yaranarsa, o zaman buna kim cavab verəcək? Onu da deyim ki, bu cür hallar təkcə küçə alverində olmur. Hətta, dünyada tanınan şirkətlərin istehsal etdiyi məhsullarda da buna rast gəlinir”.

Millət vəkili ölkə başçısının kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı atdığı addımları da təqdir edib:

"Mən cənab Prezidentimizin siyasətini dəstəkləyirəm. Möhtərəm cənab Prezident bütün çıxışlarında məmurlara üz tutaraq qeyd edir ki, insanlara və sahibkarları incitmək, onların problemlərinə laqeyd yanaşmaq olmaz. Onlara xidmət etmək lazımdır. Bu məsələ ilə bağlı mövqeyim odur ki, Azərbaycanda mikrosahibkarlığa maksimum şərait yaradılmalıdır. Ancaq bu, qanun çərçivəsində edilməlidir. Elə etmək lazımdır ki, məmurlardan asılılıq olmasın. Dünyanın inkişaf etmiş dövlətlərindən olan ABŞ, Almaniya, Fransa və Yaponiyada ümumi daxili məhsulun həcmində kiçik və orta sahibkarlığın payı 55-65 faiz arası təşkil edir. Yəni, birmənalı olaraq 50 faizi keçməlidir. İndi Azərbaycanda yaxın gələcəkdə də biz kiçik və orta sahibkarlığın həcmçini 55-60 faizə çatdırmalıyıq. Cənab Prezidentin tapşırığı əsasında hazırda bu istiqamətdə işlər görülür. İnşallah yaxın gələcəkdə buna biz də nail olacağıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
13:52 24.06.2025
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
13:50 24.06.2025
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
13:39 24.06.2025
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
Bu yol bağlanır - DİQQƏT!
13:30 24.06.2025
Bu yol bağlanır - DİQQƏT!
"Sahibkarlar Forumu" keçirilib
13:28 24.06.2025
"Sahibkarlar Forumu" keçirilib
İranın "nüvə" MESAJI
13:24 24.06.2025
İranın "nüvə" MESAJI
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
13:23 24.06.2025
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
13:18 24.06.2025
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
Leyla və Arzu Əliyevalar bu gənc  ailənin qonağı oldular - FOTOLAR
13:05 24.06.2025
Leyla və Arzu Əliyevalar bu gənc ailənin qonağı oldular - FOTOLAR
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
13:02 24.06.2025
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
13:01 24.06.2025
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
12:58 24.06.2025
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
12:57 24.06.2025
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
Tanınmış model Anarın adından dələduzluq etdi
12:55 24.06.2025
Tanınmış model Anarın adından dələduzluq etdi
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
12:51 24.06.2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları