‘O qadın Adəmin birinci arvadıdır’ – HEKAYƏ

‘O qadın Adəmin birinci arvadıdır’ – HEKAYƏ
KÖŞƏ
00:10 16.04.2012
2488

Elçin Aslangil

157, 158

Məni hara aparırsan? ― Cəhənnəmə – qeyibdən səs eşidildi.

Ağzından laxtalanmış qan fışqıran qayığın avarlarını əvəz edən ağ ilanların köməkliyilə, ilkinliyə aparan sona tələsirdi.

Gecədir, ulduzsuz, aysız gecə... Üfunət qoxuyan bataqlıqda qayıq dayanmadan şütüyür .

Bu nədir, mən ki qurşağa qədər qan içindəyəm?! Sən kimsən, məni hara aparırsan? Bu nə qandır, bu qayıqda mən nə edirəm. Hardayam, hara gedirəm?...

Ağzından laxtalanmış qan fışkıran Nut köz kimi qızarmış dilini bayıra çıxartdı. Dilinin lap uc tərəfindən bir çimdik torpaq qabararaq şişib, göbəyi kəsilməmiş körpəyə çevrildi. Körpə qırışığını aça-aça zarıyaraq dilləndi:

― Bu qayıq bizim taleyimizdir, bu qan bizim qanımızdır. Bizlap yaranışdan işığı yox,qaranlıq zülməti seçdik... Biz buludların ayrıldığı, İsanın taxtdan endiyi, İsrafilin suru çalındığı ana gedirik...

Birdən qaranlığın qanadlarının altından peyda olan nəhəng, gözəl, cazibədar, uzun saçlı qadın qayığın üstünə şığıdı. Və qəfil Nutun dilindəki körpəni qaparaq uça-uça oxumağa başladı: Lili lili La Lilit. Lili lili La Lilit.

― O... Oqadın kim idi ?... Bütün bunlar nə deməkdir? Yalvarıram, yalvarıram məni rahat buraxın!

― O qadın Adəmin birinci arvadıdır.

Nutun ağzından bayıra çıxardığı dili Lat bunu deyib xüsusi bir avazla qaranlığa səsləndi:

― Ya məş - ərəlcinni vəl insi inistətə - tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu . La tənfuzunə illa bisultan .

İlahi!

Pəncərələrdən süzülən Ay kazarmadakı qaranlığın üzünü azacıq işıqlandırırdı. Yatanların fısıltısı… Sayıqlamaları... Bu yer... Yox bu yer mənlik deyil... Bu nəyuxuydu müqəddəs İsa?!

O,ətrafa bir daha nəzər salaraqehmalcayatağından qalxdı. Ayaqlarına toxunan daş döşəmənin soyuqluğunun fərqinə varmadan gözləri ilə pəncərələrdən düşənhamarlanmış Ay işığına nəzər salanda, beyninə gələn ilk fikri dodaqları pıçıldadı:

― İçərinin havası çox boğunuqdur, gedim bir az bayırda təmiz hava qəbul edim. Ayaqlarını sürüyə-sürüyə qapıya doğru irəliləyəndə, kazarma növbətçisi onu görcək qarşısını kəsərək soruşdu:

— Əsgər, silahının nömrəsineçədir? – dişlərini ağardıb onu məsxərəyə qoyurmuş kimisoruşdu.

— 157, 158.

— Hə, ağıllanmısan, bir də unutma. De, görək hara gedirsən gecəquşu, bəlkə bir az əylənək?

— Hava almağa.

Gecənin alatoranlığında zəif işıqdan yaranan növbətçi əsgərin kölgəsi, sağ əli ilə qurşağının altını sığallayırdı. O, bir də təkrar etdi:

— Səni əyləndirim, hə, razısan?

— Yox, istəmirəm, keyfim yoxdur...

O, növbətçi əsgərə əhəmiyyət vermədən çıxışa tərəf gedəndə, zəif tıqqıltı səsləri onun baxışlarını qeyri-iradi olaraq səs gələn istiqamətə yönəltdi.

— Bu nə səsdi? Həyəcanlanaraq duruxdu. O, durduğu yerdənürkək addımlarla zirzəminin qapısına yaxınlaşıbürəyiüşünə - üşünədilləndi:

— Orda kim var ?

— ...

Orda kimsə var ?

Böyük qıfıl asılmış dəmir qapının arxasından səs eşidildi:

Həqiqətlər qapı arxasındadır, yaxın gəl, mən sənə həqiqətləri deyəcəm...

Qəfil vahiməli qışqırıq, hərbi hissənin yuxuda olan və ya olmayan sakinlərinin tüklərini ürpərtdi. Gecənin qaranlığında gözləri mürgü döyən Ay qorxaraq qara bulutların arxasında gizləndi...

1-ci ay, 5-ci gün, səhərüzü 7 tamamdan etibarən əsir düşmüş yahudi əsilli rus zabiti susqunluğunu pozdu .

1943-cü il... Alman zabiti A.C – nin gündəliyindən:

“Mənim bildiyim yalnız və yalnız İsanın Allah olmamasıdır.

— Sən bizi lap gic yerinə qoymusan.

― And olsun bir olan Allaha ki, İsa çarmıxa çəkilməmişdir,Yahuda günahsızdır.

― Əzizim A.C, görünür qonağımıza bu bir neçə gündə göstərdiyimiz qayğı öz nəticəsini verməkdədir – o, kinayə ilə gülüb əlavə etdi :

― Əclaf, mən səni öldürsəm arvadın kişisiz qalıb, özünü sənin rus dostlarına yaladacaq. Bəlkə danışasan?! Danış!

Onun gözləri, partlamış qaşından süzülən qanın altında taqətdən düşüb dərinliyə çökmüşdü. Udğunub azacıq gülümsündü. Sonra sevgi dolu baxışlarla ətrafa nəzər saldı.

— Sən gülürsən?! Sən gülürsən, alçaq, əclaf, murdar, fahişə küçüyü, sən mənə gülürsən?! Sən bizi ələ salırsan?!

E.M. dəliyə dönmüşdü. A.C-nin onun əsəblərini sakitləşdirmək üçün dediyi sözlərə əhəmiyyət vermədən, sol əli ilə əsirin ulğumundan yapışaraq gözünü qan örtmüş öküz kimi fınxıra–fınxıra boğmağa başladı. Əsir heç bir müqavimət göstərmədən xırıltılı səslə deyirdi:

— “O zaman Allah belə buyuracaq: Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin –Allahla yanaşı , məni və anamı da özünüzə Tanrı bilin!”

— Burax onu E.M., yoxsa onu öldürəcəksən. Məni eşidirsən, özünü ələ al!

Bu əclaf ölməlidir ! O bizi gic hesab edir ?!...”

1991-ci il... 1-ci gün 5-ə 7 dəqiqə işləmiş, dəhşətli bir qışqırıq, hamını yuxudan oyatdı. Bu vahinəli qışqırıqdan cəmi 1 dəqiqə sonra (1-ci gün, 5-ə 8 dəqiqə işləmiş) ikinci dəhşətli qışqırıq, hərbi hissənin zabit və əsgər heyətini ayağa qaldırdı...

— Mən silahı təmizləyib sonra güllələri darağa yerləşdirdim, sonra darağı silaha. Sonra bütün əsgər yoldaşlarımı qışqıran gördüm. Onlar gözlərini bərəldib qışqırırdılar. Əsgər yoldaşlarımın əllərindəki silahlar ağ ilanlara çevrilmişdi. Amma mənim silahım ağ ilanlara çevrilməmişdi. Birdən ilanlar qanadlanıb uçmağa başladılar. İlanlar uçuşurdular... Qəfil tükdən də nazik bir səs qulaqlarımı batırdı, göydə uçuşan ağ ilanlar öldü. Əsgər yoldaşlarım yerin dibinə batırdılar... Başımı qaldırıb göyə baxanda, günəşi qan-qırmızı gördüm. Bulutlar qaralıb lopa – lopa torpağa tökülürdü, adam boyu boyda qara yağış yağırdı. Mənsə eləcə dayanmışdım... Əlimdə silahım, ayağımın altındakı torpaq... Mənlə hər şey normal idi. Bilirsiz, mən qorxurdum, ürəyim əsirdi. Amma nədənsə mənə elə gəlirdi ki, bütün bu olanlar, sanki olmalıymış. Elə bil, mən baş verən bütün buhadisələri lap çoxdan gözləyirdim.

— Siz, dörd əsgər yoldaşınızı öldürmüsüz, yeddisini isə yaralamısız.

— Mən heç kimi öldürməmişəm.

— Bir neçə gün bundan əvvəl, əsgər yoldaşınızın müəmmalı ölümünü xatırlayırsız?

— Hə... O ölməmişdi, yanında biri də vardı... Mən onları zirzəmidə gördüm, ikisi də yanaşı dayanmışdı. Əsgər yoldaşım Klaudyo Şimidlin, tanımadığım biri ilə yanaşı dayanmışdı. Naməlum adam lüt-üryan idi. O, şəhadət barmağından axan qanla, divara nəsə yazırdı. Nə yazdığını başa düşmədim, qəribə bir yazı idi. Klaudiyo Şimidlin onun yazdıqlarını oxuyurdu. Sonra o, yazıların altından rəqəmlər yazdı. Hə, mən o yazıları gördüm, mən o rəqəmləri xatırlayıram... 1, 5, 7, 1, 5, 8...

O hansı dildə yazırdı? Hansı hərflərlə yazırdı? Xatırlamağa çalışın...

— Mən o hərfləri, ilk dəfə idi ki görürdüm, hansı dildə olduğunu bilmədim. Amma rəqəmlər mənə tanış idi. O rəqəmlər Şimidlinin silahının nömrəsi idi. O, “Qalx!” komandasından əvvəl oyanmışdı, mən kazarma növbətçisiydim. Şimidlin hava almaq üçün bayıra çıxanda, zarafatla ondan silahının nömrəsini soruşdum. O da mürgülü-mürgülü silahının nömrəsini dedi: - 157, 158. Sonra mən ona təmiz hava qəbul etmək üçün bayıra çıxmağa izin verdim. O, ayaqlarını sürüyə-sürüyə çıxıb getdi. Ancaq çox keçmədən dəhşətli bir qışqırtı eşitdim. Qorxdum... Sonra anladım ki, bu Şimidlinin səsidir. Kazarmanın çölə açılan qapısına tərəf qaçanda zirzəmiyə düşən dar pillələrin nura boyandığını gördüm. Sonra... sonra pilləkələrlə zirzəmiyə endim. Orda dəmir qapı olmalıydı... Üstündə böyük qıfılı olan dəmir qapı... Mən o qapını dəfələrlə görmüşdüm, üstündəki köhnə böyük qıfılı da... Amma nə qıfıl var idi, nə də dəmir qapı. Zirzəmidən göz qamaşdıran işıq süzülürdü bayıra. Mən içəri boylananda Şimidlinin silahının nömrəsini naməlum adam şəhadət barmağından axan qanla oxuya bilmədiyim yazıların sonuna yazırdı. Sonra mən növbətçi rəisə gördüklərimi məruzə etmək üçün geri dönüb getmək istəyəndə ayağım ilişdi və yıxıldım... Bu dəhşətli idi... Şimidlin zirzəminin girişində yerə uzanmışdı... Gözləri bərəltmişdi, ağzından köpük axırdı... Qorxudan qışqırıb hamını oyatmaq, hamını səsləmək istədim. Səsim boğazımda düyünlənmişdi. Sonra... Sonra bütün gücümü toplayıb var qüvvəmlə qışqırdım... Göz qamaşdıran işıq yox oldu... Qapı da, qapının üstündəki köhnə qıfıl da yerində idi...

O danışdıqca gözləri, üzü, daha da məsum görkəm alırdı. Titrəyən barmaqları gömgöy idi. Hərdənbir dərinliyə dalıb yox olan gözləri, birdən geniş açılan göz qapaqlarının altından tədqiqatçı xanımın boynundan asdığı xaçda ilişib qaldı. Xəstənin halı dəyişildi. Sol gözü qıyılaraq üzünün sol yanağı əsməyə başladı. Sonra ağzını geniş açan xəstə sanki boğulurmuş kimi dərindən nəfəs aldı. Xanım tədqiqatçı cəld ayağa qalxıb həkimləri səsləmək istəyəndə, 116 saylı ruhi xəstəxananın 117 nömrəli palatasında bayaqdan onun suallarına təmkinlə cavab verən ruhi sarsıntıya məruz qalmış əsgərB.S. qəfil tədqiqatçının qolundan tutaraq dedi:

Xahiş edirəm, həkimləri çağırmayın, mənə diqqətlə qulaq asın.

Tədqiqatçı mayor Ms. Jasmin Qrandval qorxduğunu biruzə verməyərək:

— Buyurun, mən sizi dinləyirəm. Amma, bir az sakitləşməyə çalışın. Zəhmət olmazsa qolumu buraxıb, yerinizə əyləşib sakitcə danışın.

B.S. titrəyən dodaqlarını Ms. Jasmin Qrandvalın sağ qulağına yaxınlaşdırıb pıçıltıyla dedi:

— "Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" İsa cavabında deyəcək: "Sən pak və müqəddəssən. Haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz! Əgər mən bunu demiş olsaydım, Sən mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanları bilmirəm. Şübhəsiz, qeybləri bilən ancaq Sənsən! Mən onlara, yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də, sizin də rəbbiniz olan Allaha ibadət edin!"

— Yəni bütün hadisələr, artıq ruhi xəstə olduğu həkimlər tərəfindən də təsdiqlənən B.S.-nin söylədiyi kimi zirzəmiylə bağlıdır?... Bu gəncin keçmişi təmizdir, ömründə bir dəfə də olsun məhkum həyatı yaşamayıb. Narkotik alüdəçisi də deyil. Hərbi hissədə baş verənlər bir çox vəzifəlilərin həyatını zəhərlədi. Hərbi hissə komandiri və digər vəzfəlilər vaxtından əvvəl istehfa verməli oldular. Yuxarı dairələr və hərbi tribunal bütün bu olanlara görə əsgər B.S.-ni günahlandırırlar. Bəs zirzəmi?... Axı nədən uzun illər bu zirzəminin qapısı bağlı qalıb?... Və sanki belə bir yerin mövcudluğundan hamı xəbərsizmiş... Ən maraqlısı isə müqəddəs İsayla bağlı söylədikləridir. Bəs onun cəfəng uydurmaları... Ağ ilanlar... Şimidlinin silahının nömrəsini şəhadət barmağından axan qanla divara yazan zirzəmidəki lüt kişi... Bütün bunlar nə deməkdir?... Mən zirzəmini ən azından 20 dəfə araşdırmışam, amma orda quru torpaqdan, soyuq divarlardan başqa heç nə yoxdur...

Ms. Jasmin Qrandval, öz-özünə verdiyi sualların içində boğulurdu. O, hərbi hissənin həyətində gəzişirdi. Dərin düşüncələrə qapıldığından, artıq gecə olduğunu hiss etməmişdi. Və yalnız indi nəzərlərini yerdən çəkib başını qaldıraraq sinəsində çarpazladığı qollarınıyorğun halda yanına salıb, ətrafa göz gəzdirdi.

O, bu gün ruhi xəstəxanadan bir başa hərbi hissəyə yollanmış, bir neçə əsgəri və zabiti yenidən dindirmiş, zirzəminin altını üstünə çevirmişdisə də, heç bir nəticə əldə etməmişdi.

Jasmin Qrandval ətrafa göz gəzdirəndə özünü kazarmanın girişi önündə gördü. Ms. Qrandval qəti addımlarla kazarmaya daxil olaraq ayaq üstə mürgüləyən növbətçi əsgərin yanından keçib, zirzəmiyə enən pillələrin önündə dayandı. Gözlərindəki yenilməzlik ifadəsi, köhnə dəmir qapıya meydan oxuyurdu. O, sol əlinin barmaqlarıyla boynundan asdığı xaçı bərk-bərk dodaqlarına sıxaraq öpüb dedi:

— And olsun bu müqəddəs xaça ki, mən bu işi sona çatdıracam, bugün bağlı düyünləri açacam...

Tədqiqatçı-mayor Jasmin Qrandval zirzəmini ortasında dayanaraq gözlərində qəzəb sağa-sola baxırdı. O deyirdi:

— Axı burda nə var?... Hanı divardakı qanlı yazılar?! Hanı o naməlum adam, hanı ?! Hardasan, çıx ortaya?! Məni eşidirsən, mən həqiqətləri bilmək istəyirəm!

O, öz-özünə deyindiyi anda birdən:

— Mən sizə həqiqətləri deyəcəm, Ms. Jasmin Qrandval.

Tədqiqatçı nəfəsini udub, qulaqlarındakı eşitmə zərlərini səs gələn istiqamətə yönləndirdi. Naməlum adam, təxminən dörd addımlıq məsafədə onun arxa tərəfində dayanmışdı. Jasmin başını yavaş-yavaş sağ çiyninə tərəf döndərərək geri çevriləndə özü ilə üz-üzə dayanan uzun boylu lüt-üryan naməlum kişi zəncirindən sağ əlinin şəhadət barmağına keçirib salladığı xaça baxırdı.

— Bu əşya sizə məxsusdur, Ms. Qrandval.

Jasmin Qrandvalsol əlini üşünə-üşünə yaxasına çəkəndə başa düşdü ki, ona anasından yadigar qalan müqəddəs gümüş xaçlı boyunbağı naməlum adamın şəhadət barmağında istehzalı baxışlarına tuşlanaraq sallanır.

— Siz kimsiz ?

— Mən İsanı 30 axçaya satan günahsız Yahudayam. Cismi Allahın izni ilə İsaya bənzədilən, cahil insanların çarmıxa çəkdikləri Yahudaİskaryotam.

“Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayrıd edildi. Hər kəs şeytanı inkar edib Allaha iman gətirsə o, qırılmaq bilməyən möhkəm ipdən yapışmış olar. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!”

Özünü Yahuda İskaryot adlandıran şəxs, bu sözləri dedikdən sonra sağ əlinin şəhadət barmağına zəncirini keçirib salladığı xaçı yerə buraxdı. Jasmin Qrandvalın şiddətlə döyünən ürəyi dilini lal etmişdi. Onun qorxu dolu baxışları Yahudanın havada asılı qalan müqəddəs xaçlı boyunbağını sürüşdürüb yerə salan sağ əlinin şəhadət barmağına zillənmişdi. Barmağın ucundan qan süzülürdü. Yahuda divara yaxınlaşaraq barmağından axan qanla yazmağa başladı. Sonra üzünü Jasminə tutub dedi:

— Sənə hikmət verildi oxu!

—Jasmin Qrandval ömründə birinci dəfə gördüyü hərflərlə yazılmış yazını xüsusi bir avazla oxumağa başladı.

"Onlar: "Məryəm oğlu İsa Məsihi öldürdük", - dedilər. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu, onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şəkk-şübhə içindədirlər. Onların buna dair heç birməlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır.Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir" (Nisa, 157-158).

Göylərin dili günəş közərib məşriqdən hər doğulduğu gün, göbəyi kəsilməmiş körpələr dil açıb “Allah” deyib gileylənərlər...

Günəş laxtalanmış qanı isitdi. Fəqət, yenicə doğulan hər bir körpə ilkinliyə aparan sona tələsdi. Gecənin ruhu körpələri oğurlayıb onlara analarının laylalarını unutdurdu. Əvəzində onların içlərindəki nəfislərini öz şər nəğmələriylə, öz laylalarıyla böyütdü. Şər nəğmələrlə böyüyən körpələr, iblisin əsgərləri oldular. Onlar, “Öldürməyəcəksiniz!” deyildiyi halda, öldürdülər... Daha doğrusu belə zənn etdilər. Zənnə qapılanlar dünyanı dəyişdirmək istəyən daxillərindəki itələmələrin qurbanına çevrilərək, miflər, əsatirlər, bütlər yaratdılar... İnsanların yaratdıqları hər şey, dünyanı dəyişdirmək üçündür.

Dünya bataqlıqda üzən bir qayıqdır. Göylərdən yer üzünə endirilən mələklər bu bataqlığa soxulub bacardıqları qədər Allahın qələbəsi üçün dünyanı günahlardan qorumağa çalışarlar.

OXŞAR XƏBƏRLƏR