"O qədər xəyanət etmişəm ki, arvadım da bilir..."- Əli Mirəliyevdən şok etiraf

"O qədər xəyanət etmişəm ki, arvadım da bilir..."- Əli Mirəliyevdən şok etiraf
SOSİAL
20:20 01.03.2019
8731
Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı etiraflar edib.

AZXEBER.COM yenicag.az-a açıqlama verən müğənni xanımının onun aparıcılıq etdiyi verilişə baxmadığını deyib:

"Həyat yoldaşım zamanında çox qısqanc olub. Amma yaşa dolandan sonra məni qısqanmır. Hərdən deyirlər ki, verilişdə qızlarla oriyental oynayırsan, deyib-gülürsən, xanımın əsəbiləşmir ki? Deyirəm yox, xanımım mənim verilişlərimə baxmır. Əsəbiləşib neyləyəcək ki? Yazıq o qədər deyib, yorulub".

Mirəliyev dəfələrlə xanımına xəyanət etdiyini də deyib:

"O qədər xəyanət etmişəm ki... Amma cavanlıqda. Yoldaşıma da demişəm ki, o xanımlar üç-beş dəqiqəlikdir, amma sən həmişəlik. Bilib ki, sənət adamıyam, belə şeylər olar".
OXŞAR XƏBƏRLƏR