Aparıcı-prodüser Acun İlıcalının yerinə "O səs Türkiyə” yarışmasını kimin idarə edəcəyi bəlli olub.
AZXEBER.COM axşam.az -a istinadən xəbər verir ki, bu, Jess Molhodur.
Acun bir müddət əvvəl "Survivor” çəkimləri ilə əlaqədar Dominikana gedəcəyini və zarafatyana veriliş aparıcılığını Gökhana əmanət edəcəyini bildirib:
"Meksika və Braziliyada da prodakşn işlərimiz var. Dominikan respublikasına gedirəm. Bu da 24 saat çəkir. Gələn il, bəlkə buraları Gökhana əmanət etdim”.
Qeyd edək ki, Molho bundan əvvəl də "O səs Türkiyə” və "O səs çoçuklar" proqramının aparıcısı olub.
