"O torpaqlarda Azərbaycanın həm nəzarəti, həm də gözü olmalıdır"

"O torpaqlarda Azərbaycanın həm nəzarəti, həm də gözü olmalıdır"
SİYASƏT
17:27 15.12.2022
215
"Bu məsələlər yalnız sülh yolu ilə tənzimlənməlidir. Bu sülh yolunu da Azərbaycan Ermənistan tərəfinə təqdim edib. Ermənistan tərəfi özü təkbaşına bizim əsaslı təklif və tələblərimizə cavab verə bilmədiyindən çalışır ki, bu proseslərə kənar qüvvələri, xarici dövlətlərin nümayəndələrini qatsın".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O qeyd edib ki, bu prosesdə də onlar üçün sonsuz dəhşət olacaq:

"Çünki bir halda ki, özlərinin niyyəti yoxdur ki, Azərbaycan tərəfi ilə üz-üzə oturub, sağlam tərzdə dialoq qursunlar, o zaman başqaları bu işdə ümumiyətlə onlara nə kömək edəcək, nə də dəstək verəcək. 

Hazırki baş verənlər Azərbaycan tərəfindən çox yerində və ağılı tərzdə istifadə olunmuş yumşaq gücün vasitəsidir. Biz silahlanmamışıq, əgər silahımız varsa, ideyalarımız, sağlam məfkurələrimizdir. Onun vasitəsilə biz istəyirik ki, Azərbaycan torpaqlarının o yerlərində ki, ermənilər yaşayırlar, biz gözümzlə görək ki, oralarda nə baş verir. Çünki 30 illik işğal ərzində bizim torpaqlarda ermənilərin hansı oyunlardan çıxmasının biz şahidiyik. Onların qoyduğu dəst-xətt bir həqiqətdən xəbər verir ki, onlar insanlıqdan son dərəcə uzaqdırlar. Azərbaycanda qarətlə məşğul oldular, bizim bütün infrastrukturu dağıtdılar. Oğurlandıqlarını apardılar, daşıya bilmədiklərini də məhv etdilər". 

Politoloq qeyd edib ki, o torpaqlarda Azərbaycanın həm nəzarəti, həm də gözü olmalıdır:

"Odur ki, indi Qarabağ bölgəsində ki, biz artıq həm bərpa-quruculuq işləri görürük, sülh dayaqlarıni gücləndiririk, ermənilər ilk növbədə gərək bilsinlər ki, o torpaqlarda Azərbaycanın həm nəzarəti, həm də gözü olmalıdır. Biz bilməliyik ki, orada nələr baş verir. Rusiya tərəfindən lazımsız bir iş adamın, "maşennik" Ruben Vardanyanın bura gətirilməsi onların kobud səhvidir. Çünki bu adamın nəinki Qarabağa, Azərbaycana heç bir dəxli yoxdur, həm də o öz fəaliyyəti ilə göstərir ki, sağlam məfkurənin daşıyıcısı deyil. Belə adam heç vaxt özü ilə sağlam bir mühit formalaşdıra bilməz. Ona görə də biz indi ermənilərə şans vermişik ki, onalar əgər papaqları varsa, onlar üçün bu, qeyrət rəmzidirsə, papaqlarını qarşılarına qoyub düşünsünlər. Bilsinlər ki, bu proseslərdə Azərbaycan onlara heç bir güzəştə getməyəcək. 

Azərbaycan tərəfi nə qədər güclü olduğunu 44 günlük müharibədə göstərdi, məkrli düşmənin başını əzdi. Ona sonra Fərrux yüksəkliyində, sentyabr əməliyyatlarında yeni dərslər verdi. Biz onlara göstərdik ki, əgər həddlərini aşsalar, verikləri qiymət də yüksək olacaq. Bizim bir əsgərimiz şəhid olanda, onun qarşılığınıda biz 50-ə yaxın erməni yaraqlısını, terroristini məhv etdik₼.

"Odur ki, bu proseslərdə biz görürük ki, Vardandan, onun əsabələri, onlara qoşulmuş rus hərbi kontingentinin nümayəndələri ortaq biznes qurublar. Azərbaycan torpaqlarını talayırlar, çirkləndirirlər. Biz bununla barışmayacağıq. Bizim bu hərəkətimizin sonunda bir hədəf var ki, biz ona çatacağıq. Biz o torpaqları özümüzə açmalıyıq. Ermənilər yaşamaq istəyirlərsə, yaşasınlar. Biz onlara zəmanət vermişik. Prezident İlham Əliyev bildirib ki, onlar bizim digər milli azlıqlar kimi yaşaya bilərlər. Bir şərtlə ki, bizim qanunları qəbul etsinlər və silah-sursatı yaddan çıxarsınlar", - deyə politoloq əlavə edib.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
17:07 17.03.2025
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
17:06 17.03.2025
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
17:05 17.03.2025
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm