"O vaxt deyərdilər ki, papaq qeyrətdir, İndi isə, çoxu başıaçıq gəzir"

MARAQLI
09:35 19.12.2010
5405

 

  Keçmiş dövrlərdən fərqli olaraq, bu gün papağa münasibət biraz başqadır. İstədik ki, həmin fərqliliyi, onları yaradan səbəbləri məhz, papaqçının öz dilindən eşidək. Daha bir məqsədimiz isə, sadə peşə adamı olan papaqçının bugünki durumu ilə maraqlanmaq idi. Bakının ən qədim hissəsi olan İçərişəhərdə sadə peşə adamının sorağına çıxdıq. Lakin, orada heç bir papaqçıya rast gəlmədik. Şəhərin köhnə sakinləri bildirdilər ki, Bakıda cəmi iki papaqçı fəaliyyət göstərir. Onlardan biri yaşlı, digəri isə bir az  cavandır. Hər iki papaqçının koordinatlarını alsaq da, qocaman ustanın ünvanına yollandıq. Nizami metrosunun yaxınlığında yerləşən papaq sexinin ustası - papaqçı Kamil dayı iş başındaca bizi qarşıladı. Məramımızı öyrənib bizimlə çox şirin söhbətə başladı.

   Papaqçıların qalmadığını, çoxunun ölüb getdiyini bildirən Kamil dayı cavanların da bu sənətə getmədiyini dedi: “Xaricdən o qədər mal gətirib töküblər ki, sənətkarın malları işləmir, ona görə də getdikcə sənətə maraq azalır”. Şikayətini bitirib, sənətə necə gəlməyi barədə danışdı: “Ailəmizdə həmişə məni tənqid edirdilər ki, bu sənətdən bir şey çıxmaz, get oxu. Ancaq, Nizaminin bir kəlamına görə - Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan – mən bu sənəti atmadım”. Qeyd edək ki, Məlikov Kamil Əliağa oğlu 1955-ci ildən bu sənətlə məşğuldur. Təvəllüdü isə 1932-ci ildəndir.

   Papağa kşilik rəmzi kimi baxan sənətçi sözarası digər xalqların da milli baş geyimlərinə münasibət bildirdi: “Hər millətin öz milli geyimi var. O vaxt deyərdilər ki, papaq qeyrətdir. İndi isə, çoxusu başıaçıq gəzir. Özbəklər araxcından əl çəkmir, cuhudlarda adi adamlardan prezidentə kimi başlarına girdə araxcın qoyurlar. Bəs, nə üçün bizim millət gedib xaricdən pis-pis şeylər öyrənirlər?” Papağı millətçiliklə əlaqələndirən Kamil dayı vurğuladı ki, bu papağı qoyan kişinin qəlbində millətçilik var. O bununla əsl azərbaycanlı olduğunu göstərir.

   Papaqçı onu da qeyd etdi ki, papaq üçün əsasən, yaşlı kişilər müraciət edir. Cavanlarsa maraq göstərmir. Bundan başqa, övladlarına kiçik toy edən valideynlər də onlar üçün balaca ölçülü papaq sifariş edirlər. Getdikcə papaqçılıq sənətinin ölməsini dilə gətirən Kamil usta heç olmasa, kiçik toy şənliyində bu papaqlardan istifadə olunmasını sənət üçün böyük ümid çırağı hesab edir.

   Papaqların qiyməti isə onun ölçüsündən və istifadə olunan dəri materialının keyfiyyətindən asılıdır. Onu da deyək ki, Kamil dayı “Ən Böyük Milli Papaq” nominasiyası üzrə rekord qazandığı üçün Azərbaycan rekordçusudur. 78 yaşı olmasına baxmayaraq, bu sənətdən heç vaxt bezmədiyini deyir: “Neçə ki, Allah mənə ömür verir, bu peşəmi atmaram. Bu sənətdə olan yeganə çətinlik odur ki, xəstələnməyəsən. Əsas məsələ həvəs göstərmək və sənətini sevməkdir. Sənəti sevməsən heç vaxt əlindəki iş əmələ gəlməz. Necə tiksən düz çıxmayacaq”.

   Onun özündən sonra davamçısı yoxdur. Övladları olsa da o, bunu istəməyib. Çünki, sovet vaxtı sənətkarları sıxışdırırdılar. Gündə bir yoxlama gəlirdi – o belə, bu belə! Zəhmətlə, iynəylə işləyən adama güzəran vermirdilər ki, sərbəst öz işini görsün. Papaqçı ilə söhbət arası məlum oldu ki, işlədiyi yeri icarəyə götürübmüş. Ayda neçə papaq satılmasını deyə bilməyən usta – elə olur ki, beş gün heç nə satılmır. Elə vaxt da olur ki, bir gündə iki papaq satılır – deyə cavab verdi.

   Qocaman papaqçı həmçinin, sənətkarın alverçi olmadığını deyir: “Alıcı gəlib deyir ki, bu papaq neçəyədi? -deyirəm on manat. -Deyir biraz düş aşağı, -deyirəm ki, sənətkar alverçi deyil. Bazara gedirsən, neçəyədi kartof? –deyir bir manat, deyirsən biraz aşağı elə. Ancaq, sənətkara deyərlər ki, usta, al iki manat da artıq verirəm, yaxşı tik onu...”

   Kamil dayı papaqçılıqla bağlı başına gələn bir-iki əhvalat danışdıqdan sonra indiki gənclərə məsləhət də verdi: “Gənclərə onu deyərdim ki, böyüyə hörmət qoysunlar. Hansısa sənəti seçib ona həvəs göstərsinlər, öyrənsinlər. Nizami oğluna nəsihətdə bir neçə elmin adını yazıb ki, oxuyub öyrənərsən. Ancaq, bir dənə də sənətinin olmasını əsas şərt bilib. Biri işləməyəndə, o biri ilə çörək qazana biləsən”.

    Bir sözlə, “sənətkar günortaya kimi ac qalar” deyimini xatırladıb Kamil dayıya can sağlığı, papaqçılıq sənətinə isə sonsuz ömür arzulayırıq

Elgün Mənsimov

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir