Trabzon, Giresun və Orduda camaatla görüşdən dönən CHP-nin İstanbul şəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu Ordu Hava Limanında gözlənilməz hadisə ilə üzləşib.
Hava limanına CHP-li deputatlarla gələn İmamoğluna VİP girişdən keçid qadağan edilib.
Bu barədə faktı təsdiq edən İmamoğlu deyib ki, VİP keçiddən deputatlarla birlikdə buraxılmamasına Ordu valisi Seddar Yavuz əmr verib:
"Millet vəkilimizlə bəraber təyyarəyə minəcəkdik. Ancaq vali deputatlarla birlikdə olsa belə VİP-dən keçidimə icazə verilməməsi haqda təlimat veribmiş. Biz də o biri qapıdan istifadə etdik".
Daha sonra İmamoğlu valinin mitinqə müdaxilə cəhdini də tənqid edib:
"Biz Orduda xalqla görüş mitinqində olarkən, vali "Tez bitirsinlər, yoxsa müdaxilə edərək" deyib. Vali bəy dövlət adamı deyilmiş, o, Orduda vəzifə işğal etmiş biriymiş".
///Demokrat.az