“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib

“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib
SOSİAL
14:20 26.02.2025
488
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsinin təşkilatçılığı ilə "Zaman Art Gallery"-də "Azad Xocalı — kiçik əllərdən böyük rəsmlər" adlı sərgi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, sərgidə 5-15 yaş arası azyaşlı rəssamların müxtəlif texnikalarla yaratdıqları əsərlər nümayiş olunub. Ümumilikdə 27 rəssamın 40-a yaxın rəsm əsəri sərgilənib.

Əsərlərdə 1992-ci il fevralın 26-da ömürlük yaddaşımıza soyqırım kimi həkk olunmuş faciəvi günün izləri, Xocalının dünəni və  Azərbaycan bayrağının dalğalandığı, yerli sakinlərin nəfəsi ilə isinən, ana qucağına qovuşan Azad Xocalının bu günü təsvir olunub. Hər bir rəsmdə Xocalının keçmişində yaşanan dəhşətlərdən bu günün azad və güclü Xocalısına qədər olan müddətdəki dərin izlər və dəyişikliklər təsvir edilib. 

Sərgidə "OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, sərginin təşkilində xüsusi dəstək göstərən rəssam Aynur Sakitqızı, YUNESKO-nun Rəssamlar Birliyinin fəxri üzvü , Respublika və Beynəlxalq müsabiqələr qalibi Nizar Məmmədov, Avropa təbii elmlər Akademiyasının irs bölməsinin direktoru, professor Solmaz Amanova çıxış ediblər. 

Sərgidə iştirak edən azyaşlı rəssamlara "OBA” marketlər şəbəkəsi tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, Xocalı azadlığına qovuşduqdan sonra orada fəaliyyətə başlayan ilk market məhz "OBA”  olub. Hazırda Xocalıda "OBA” marketlər şəbəkəsi iki filialı ilə sakinlərə məmnuniyyətlə xidmət göstərir.
 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək