“OBA”dan açıqlama: “Heç bir mağazamızda qaz təsərrüfatına aid avadanlıqlardan istifadə edilmir”

“OBA”dan açıqlama: “Heç bir mağazamızda qaz təsərrüfatına aid avadanlıqlardan istifadə edilmir”
SOSİAL
10:42 27.02.2025
421
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib. 

"OBA Market” hadisə ilə bağlı açıqlama yaylb.
 
Həmin açıqlamanı təqdim edirik:
 
Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır. 

Qeyd edək ki, "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq. 
Xəsarət alanlara Allahdan şəfa diləyirik.
OXŞAR XƏBƏRLƏR