Obama: “Uşaqlıqda məni də pələ qulaqlarıma görə lağa qoyublar”

MARAQLI
09:32 12.03.2011
2131

“Demək məcburiyyətindəyəm ki, mən özüm də dəfələrlə pələ qulaqlarım və adıma görə başqa şagirdlər tərəfindən məsxərəyə qoyulmuşam”. Bunu ABŞ prezidenti Barak Obama “Rişxənd edilməyin və lağa qoyulmağın qarşısını almaq” adlı kampaniya çərçivəsində telekanallardan birindəki çıxışında deyib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Amerikada ibtidai sinifdən orta məktəbin axırıncı sinfinə qədər dələduz şagirdlərin zəifləri məsxərəyə qoymasının qarşısını almaq üçün Barak Obama və həyat yoldaşı Mişel Obama ölkədə kampaniya başladıb. 

Gələcəkdə ABŞ prezidenti olacaq bir uşağın fiziki qüsur və ya adı səbəbilə rişxənd edilməkdən xilas ola bilmədiyini deyən Obama indiki böyüklərin bu istiqamətdə məktəbin dəhlizi və ya arxa həyətində başına gələnləri daha yaxşı xatırladığını bildirib. 

Prezident Obama sosial şəbəkə saytı “Facebook”da bu mövzuda video da yayımlayaraq ölkə ictimaiyyətini bu kampaniyaya dəstək verməyə səsləyib: “Bəzi uşaqların məsxərəyə qoyulması və ya rişxənd edilmələri qəzetlərə xəbər olacaq qədər əhəmiyyətli deyil. Amma bu uşaqların ürəyini yaralayan bir problemdir”.

 

OXŞAR XƏBƏRLƏR