Obama İlham Əliyevi ABŞ-a dəvət etdi

Obama İlham Əliyevi ABŞ-a dəvət etdi
SİYASƏT
15:49 06.01.2016
2340
Novruz Məmmədov tvit yazdı.
Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub.
AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, ABŞ prezidenti Barak Obama dəvəti Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda edib.
“Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”, - deyə Obama məktubunda qeyd edib.
Xatırladaq ki, sammit yazda keçiriləcək
OXŞAR XƏBƏRLƏR