Obama İŞİD-ə qarşı strategiyasını elan edəcək

DÜNYA
10:01 08.09.2014
913

ABŞ prezidenti Barak Obama terror qruplaşması olan İŞİD-ə (İraq Şam İslam Dövləti -red) qarşı strategiyasını açıqlayacaq.  ANS PRESS-in məlumatına görə, Barak Obama bu gün verdiyi açıqlamada bildirib ki, sentyabrın 10-da terrorçu qruplaşmaya qarşı mübarizə strategiyası barədə danışacaq.  ABŞ prezidenti Uelsdə keçirilən NATO sammiti çərçivəsində İŞİD məsələsini müttəfiq ölkələrlə də müzakirə edib. Sammitdə İŞİD-lə bağlı yekun qərarın detallarının Obama tərəfindən açıqlanacağı gözlənilir. ABŞ başda olmaqla Qərb dünyasını Obamanın strategiyasında Suriya ərazisində İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsinin yer alıb-almayacağı çox düşündürür. Belə ki, ABŞ Suriya ərazisində İŞİD-ə qarşı hərbi əməliyyatları Bəşər Əsəd rejiminin daha da məhkəmlənəcəyindən ehtiyat etdiyi üçün keçirmədiyini birbaşa və dolayı yolla etiraf edir.  Suriya ərazisində İŞİD-ə qarşı hərbi əməliyyatlar ertələnməsi fonunda terrorçu qruplaşma güclənir. ABŞ-ın İŞİD-in mövqelərinə endirdiyi hava zərbələrindən sonra qruplaşma İraqda müdafiə mövqeyinə keçərək Suriyada irəliləməyə üstünlük verməyə başlayıb.

OXŞAR XƏBƏRLƏR