Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi

SOSİAL
12:24 08.06.2016
4210

ABŞ prezidenti Barak Obama əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmayacaq.

AZXEBER.COM xəbər verir ki, bunu Ağ evin rəsmi nümayəndəsi Con Fridman bildirib.“Prezident xanımı ilə birgə Vaşinqtonda qızı Maliyanın məzun gecəsində iştirak edəcək”, - deyə Fridman qeyd edib.Onun sözlərinə görə, Obamanın köməkçilərindən biri dəfn mərasimində prezident və birinci xanımın adından məktub oxuyacaq.Qeyd edək ki, məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib. Onun dəfn mərasimində ABŞ prezidenti Barak Obamanın iştirak edəcəyi bildirilirdi.

///Azvision.az

OXŞAR XƏBƏRLƏR