Obama Şimali Koreya hökumətinə səsləndi - VİDEO

DÜNYA
15:23 12.04.2013
1457
Birləşmiş Ştatların prezidenti Barak Obama çıxışı zamanı Şimali Koreya hökumətini vəziyyəti daha da gərginləşdirməməyə çağırıb. Onun sözlərinə görə, vəziyyət gözlənilmədən nəzarətdən çıxarsa, Amerika dövləti istənilən halda öz vətəndaşlarını və müttəfiqlərini müdafiə etmək gücünə malikdir.ABŞ prezidenti, Barak Obama: “Şimali Koreya hökuməti artıq məsələyə müharibə bucağından baxmağa son qoymalı və Koreya yarımadasında vəziyyəti yumşaltmağa çalışmalıdır. Heç kim bu bölgədə müharibə olmasını istəmir. Amerika hökuməti Koreya ilə bağlı bəzi məsələləri diplomatik yolla həll etməyə çalışacaq. Bununla belə, Amerika öz vətəndaşlarını müdafiə etmək və müttəfiqləri ilə təşkilat tərkibində öhdəliklərini yerinə yetirməyə hazırdır”.Suriya məsələsinə gəlincə Obama qeyd edib ki, bu ölkədə qətliamlara son qoymaq üçün mütləq yeni siyasi rejim bərqərar olmalıdır.Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun da, həmçinin Suriya və Şimali Koreya məsələləri ilə bağlı narahatlığını ifadə edib.BMT baş katibi, Ban Ki Mun: ”Suriya məsələsində dünya ölkələri daha qətiyyətli tədbirlər görməlidir. Biz zorakılıqların qarşısını almasaq, bütün Suriya xalqı məhv ola bilər. İndiyə qədər biz hər cür humanitar yardımın səfərbər olmasına çalışmışıq. Koreya məsələsinə gəlincə isə, onu deyə bilərəm ki, yarımadada daimi olaraq gərgin vəziyyətin qalması bizi narahat edir”.Qeyd edək ki, kimyəvi silahların istifadə olunması ilə əlaqədər BMT-nin Suriyada araşdırma aparmaq cəhdi Əsəd hökumətinin etirazları ilə qarşılaşıb.

OXŞAR XƏBƏRLƏR