ABŞ-nin keçmiş prezidenti Barak Obama diqqətə çatdırıb ki, ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modi ilə görüşündə əksəriyyəti hinduların təşkil etdiyi Hindistanda müsəlman azlığın qorunmasından danışmalıdır.
AZXEBER.COM xəbər verir ki, CNN-ə müsahibəsində Obama bəyan edib ki, ABŞ prezidentlərinin xarici liderlərlə insan haqları ilə bağlı görüşməsi məsələsi mürəkkəbdir və münasibətlərdə iqtisadiyyat və təhlükəsizlik maraqları da nəzərə alınır.
Baydenin Modi ilə görüşündə Obama vurğulayıb ki, əsasən hindu olan Hindistanda müsəlman azlığın qorunması mühüm bir məsələdir.
"Baş nazir Modi ilə görüşsəydim, arqumentlərimin bir hissəsi belə olardı:"Hindistandakı etnik azlıqların hüquqlarını qorumasanız, o zaman Hindistanın nə vaxtsa parçalanmağa başlayacağı ehtimalı yüksəkdir."
Obama bunun təkcə Hindistandakı müsəlmanların deyil, hinduların da maraqlarına zidd olacağını bildirib.
Obama deyib ki, o, bu məsələlər haqqında dürüst danışmağın vacib olduğunu düşünür.
Müsəlmanlar da daxil olmaqla, ABŞ-dakı bəzi millət vəkilləri Modinin Konqresdəki çıxışını "ölkəsində insan haqları ilə bağlı vəziyyətə görə” boykot edəcəklərini açıqlayıblar.
ABŞ-dakı müsəlman icmasının üzvləri də Hindistanda müsəlmanların insan hüquqlarının pozulduğunu əsas gətirərək Modinin səfərinə reaksiya veriblər.
Ayşən