Obamadan yeni Suriya təklifi

DÜNYA
15:20 06.09.2013
1088

ABŞ prezidenti Suriyaya zərbənin hədəflərini artırmaq istəyir

ABŞ prezidenti Barak Obama Pentaqondan Amerika və fransız qoşunları koalisiyasının Suriya ərazisinə zərbəsinin hədəflərini artırmağı, eləcə də bu əməliyyata Hərbi Hava Qüvvələrinin cəlb olunması imkanını nəzərdən keçirməyi tələb edib. Bu barədə "New York Times" qəzeti Ağ evə istinadən xəbər verir. Qəzetin məlumatına görə, söhbət ilkin olaraq fransız hərbçiləri tərəfindən hazırlanmış 50 Suriya obyektindən ibarət siyahının genişləndirilməsindən gedir. Bununla belə, gözlənilməz nəticələrdən qaçmaq üçün kimyəvi silahların saxlandığı ehtimal edilən obyektlərə zərbə endirməkdən çəkinmək nəzərdə tutulur. Amerika və fransız koalisiyasının hədəfləri Suriya ordusunun kimyəvi hücum həyata keçirdiyi ehtimal edilən hissələri, eləcə də artilleriya və raket batareyaları ola bilər. ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəisi Martin Dempsi bəyan edib ki, potensial hədəflər sırasına kimyəvi silahdan mühafizə vasitəsi hesab edilən hava-əleyhinə müdafiə bazaları daxildir.

OXŞAR XƏBƏRLƏR