Obamanın İrana yazdığı məktubun məğzi açıqlanıb - VİDEO

SİYASƏT
14:14 19.09.2013
1223
ABŞ prezidenti Barak Obamanın iranlı həmkarı Həsən Ruhaniyə yazdığı məktubun məğzi açıqlanıb. Ağ evin sözçüsü Cey Karni jurnalistlərə açıqlamasında bildirib ki, məktubda ABŞ-ın iranla nüvə mübahisəsinə son qoymağa hazır olduğu qeyd edilib: “Ancaq bir şərtlə ki, İran nüvə silahına yiyələnmək niyyətində olmadığını açıqlamalı və bunu sübut etməlidir”.C. Karni deyib ki, məktub İrana bir mesajdır: “Ona görə də rəsmi Tehran nüvə proqramı ilə bağlı məsələlərə cavab verməlidir. Çünki həmin vaxt İranın nüvə məsələsinin diplomatik yolla həlli üçün qapı açılır. Lakin bu qapı həmişə açıq qalmayacaq”.

OXŞAR XƏBƏRLƏR