Çoban dağda gəzərkən heyvanların yediyi adamın cəsədini tapdı

MARAQLI
15:49 12.11.2021
319
Çoban dağda gəzərkən heyvanların yediyi adamın cəsədini tapıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda dağda gəzən çoban əl-ayağı bağlı kişi meyiti tapıb. Heyvanlar tərəfindən qismən yeyilən kişi cəsədinin kimliyi araşdırılır.

Bildirilib ki, çobanın dağda əl-ayağı bağlı halda tapdığı kişi meyiti heyvanlar tərəfindən parçalanıb.

Xəbərdarlıq üzərinə polis və sağlamlıq qrupları bölgəyə istiqamətləndirilib. Həkim qrupları tərəfindən edilən müayinədə adı açıqlanmayan 25-30 yaşlı şəxsin işgəncə ilə öldürüldüyü bildirilib.

Həzro rayonu əhalisinə qeydiyyatda olan kişinin meyitinin 25 günə yaxındır itkin düşdüyü öyrənilib. Müayinədən sonra meyit yarılma üçün təcili tibbi yardım maşını ilə məhkəmə tibb müəssisəsinə aparılıb.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR