Çobanı və qoyun sürüsünü maşın vurdu - 57 heyvan tələf oldu

Çobanı və qoyun sürüsünü maşın vurdu - 57 heyvan tələf oldu
SOSİAL
11:28 10.07.2018
2779
Qazaxda avtomobil çobanı və qoyun sürüsünü vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi "Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub. Nəticədə A. Quliyev xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində 57 baş qoyun isə tələf olub. 

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.  
OXŞAR XƏBƏRLƏR