Çobanın 25 manatını və 4 qoyununu alan şəxs həbs edildi

Çobanın 25 manatını və 4 qoyununu alan şəxs həbs edildi
SOSİAL
13:34 07.10.2016
1069
Abşeron rayonunda çobana qarşı quldurluq edən şəxslər tutulub.
 
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Cəmaləddin Hüseynova məxsus 25 manat pulu, mobil telefonu və 4 baş qoyunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Piriyev, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tamerlan Rəsulov, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Ələkbər Rəsulov tutulub, digər şəxs isə müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR