Ukraynanın Odessa şəhərində güclü partlayış baş verib.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, partlayış Odessanın Kiyevski rayon prokurorluğu binasının yaxınlığında baş verib.
Partlayış nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.