'Odnoklassnik'ə görə 14 il azadlıqdan məhrum edildi

DÜNYA
16:00 11.03.2013
5993

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirli bilinən Azər İsmayılovun məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.Qərara əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Azər İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Azər İsmayılov 2011-ci ilin dekabrın 27-də Nərimanov rayonu ərazisində baş verən kütləvi dava zamanı Elman Hacıbalayevi və İbrahim Yəhyayevi bıçaqlayıb. Nəticədə İ.Yəhyayev aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.Qeyd edək ki, kütləvi davaya səbəb, Bakı şəhər sakini Faiq Məmmədovun Odnoklassniki sosial şəbəkəsində keçmiş nişanlısının sosial şəbəkədə olan səhifəsinə qonaq kimi daxil olması olub.Qadının əri Namiq Bədəlov həyat yoldaşının keçmiş nişanlısının onun səhifəsinə girməsindən əsəbiləşib və F.Məmmədovu söhbətə çağırıb. Söhbətə tanışları ilə gələn F.Məmmədov N.Bədəlovu, qaynı Hilal Qasımovu və dostları Orxan Aslanovu döyüb.Sonradan mübahisənin davamı olaraq tərəflər Nərimanov rayonu C.Hacıbəyov 51 ünvanında görüşüblər. Tərəflər arasında yenidən mübahisə düşüb.Nəticədə Faiq Məmmədovla gələn Azər İsmayılov qarşı tərəfdən olan Elman Hacıbalayevi bıçaqlayıb, mübahisəyə heç bir aidiyyəti olmayan, tərəfləri sakitləşdirmək istəyən İbrahim Yəhyayevi isə qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR