"Bu gün ən çox toyu olan müğənni Kəmalə Günəşlidir".
AZXEBER.COM xəbər verir ki, bunu "Rəngarəng" verilişində müğənni Ofeliya Şabanova deyib.
O, bədənşəkilləndirmə əməliyyatı etdirdiyi üçün Kəmalə Günəşlini qınayanlara sərt cavab verib:
"Bəzi restoranlar var ki, Kəmaləyə orada çıxış etmək qadağası qoyulub. Nəyə görə? Bədənşəkilləndirmə əməliyyatı etdirib deyə? Nə olsun ki? O qədər ad alanlar var ki, onlar da bunu etdirib, amma heç kim onlara söz deyə bilmir. "Çini çaydan"ı Əflatun Qubadov oxuyanda bayağı olmadı, Kəmalə oxuyanda pis oldu? Kəmalə mənim dostumdur, mənim yanımda heç kim onun haqda pis danışa bilməz".
Aysel