Rəqqasə Oksana Rəsulova ilə küsülü olan aktyor İslam Mehrəliyev barışıb.
AZXEBER.COM xəbər verir ki, İslam "ATV maqazin onlarla” verilişində keçmiş dostunu ad günü münasibətilə təbrik edib və barışıq əli uzatdığını söyləyib:
"Tərbrik edirəm, can sağlığı. Mən heç kimdən küsməmişəm. Centilimenliyi edirəm. Necə istəyir qəbul etsin”.
Oksana İslamın bu addımını cavabsız qoymayıb:
"Kiçikliyin göstərdi, mənə xoş oldu. İslam səni o gözəl anana görə bağışlayıram"
Qeyd edək ki, Oksana ilə İslam arasındakı küsülülük "Maşın" şouda başlamışdı. Rəqqasə aktyorun maşını udduğu təqdirdə ona pul verəcəyini, amma sonra sözünü tutmadığını demişdi.