Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR

Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
SOSİAL
13:23 20.09.2025
211
Oksford Universitetinin "Executive MBA” proqramının iştirakçıları olan, uğurlu karyeraya sahib peşəkarların və sənaye rəhbərlərinin iştirakı ilə ADNSU tələbələri üçün karyera inkişafı, liderlik və idarəetmə mövzusunda panel müzakirəsi keçirilib. 
 
AZXEBER.COM xəbər verir ki, universitetin rektoru, dosent Rüfət Əzizovla keçirilən görüş zamanı qonaqlarla –  Polestar Automotive şirkətində Qlobal Satınalmalar üzrə İcraçı vitse-prezident və rəhbər Frida Ying He, unicorn startaplarla çalışan Qlobal Süni İntellekt GTM və Tərəfdaşlıq lideri Mariya Nunez Burxalter, təcrübəli sahibkarlıq siyasəti mütəxəssisi Şeril Lo, SOCAR-ın səhmdar nümayəndəsi Rüstəm Əliyev və UBOC-un Baş Meneceri Elxan Bəşirovla geniş fikir mübadiləsi aparılıb.

Rektor qonaqlara ADNSU-nun tarixi, inkişaf istiqamətləri, beynəlxalq əlaqələri və həyata keçirilən müasir layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə tələbələrin praktik bacarıqlarının artırılması, müasir təhsil metodlarının tətbiqi, tədqiqat və innovasiya yönümlü proqramların həyata keçirilməsi prioritet istiqamətlərdəndir.

Rəsmi hissədən sonra universitetin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə panel müzakirə keçirilib. Təcrübəli mütəxəssislər karyera inkişafı, liderlik və idarəetmə mövzularında panel müzakirəsi aparıblar. Onlar öz zəngin təcrübələrini iştirakçılarla bölüşüblər və tələbələrin suallarını cavablandırıblar.
Qonaqlar ADNSU-da yaradılmış Azərbaycan-Türkiyə Dostluq Mərkəzində, Rəqəmsal Energetika, Kibertəhlükəsizlik laboratoriyalarında, həmçinin Tarix və Minerologiya muzeylərində olublar. Universitetin elmi mühiti, laboratoriyaları və tədris imkanları ilə tanış olan qonaqlar ADNSU-nun tədris imkanlarını yüksək qiymətləndiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb