Meyxanaçılar Oktay Kamil və Samirə arasında qalmaqal yaşanıb.
AZXEBER.COM-un məlumatına görə, Rusiyada keçirilən toy məclislərinin birinə dəvət alan cütlük arasında deyişmə zamanı qalmaqal yaşanıb. Oktay Kamilin deyişmə zamanı söylədiyi sözlər xanım meyxanaçını qəzəbləndirib. O, həmkarının sözlərindən sonra salonu tərk edib.
Qeyd edək ki, Oktay Kamil və Samirə cütlüyünün söylədiyi meyxanalar son günlər böyük marağa səbəb olub.
AZXEBER.COM həmin görüntüləri təqdim edir.