Oktyabrda 28 aptekdə yoxlama aparılıb

SOSİAL
19:24 05.11.2024
197
2024-cü ilin oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparılıb.

Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

OXŞAR XƏBƏRLƏR