"Almaniya, əlbəttə, Türkiyəyə yardım göndərəcək”.
Bunu Almaniya Kansleri Olaf Şolts tviterdə yazıb.
"Türkiyə-Suriya sərhəd bölgəsində baş verən zəlzələ xəbərini təşvişlə izləyirik. Ölənlərin sayı durmadan artır”, - o bildirib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.