'Olaylar' və 'Bizim Yol' Anar Məmmədovdan üzr istədi
Bütün Xəbərlər
15:30 06.08.2012
1660
«Olaylar» İnformasiya Agentliyi və «Bizim Yol» qəzeti «ZQAN Holding» şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyib. AZXEBER.COM-un məlumatına görə, 2012-ci ilin avqustun 2-də Yasamal rayon məhkəməsində günorta saatlarına təyin edilmiş prosesdə «Olaylar» İnformasiya Agentliyi iddiaçının tələbini icra edərək «Təkzib» başlığı altında Anar Məmmədovdan üzr istənilməsi barədə yazının dərc olunduğu «Olaylar» qəzetinin 21-30 iyul nömrəsini təqdim edib. Bundan başqa, «Bizim Yol» qəzeti tələbə əsasən iyunun 19-da «Təkzib» başlığı altında üzr istəyərək müvafiq məlumat dərc edib. Qeyd edək ki, «Olaylar» İnformasiya Agentliyi və «Bizim Yol» qəzeti «Yevlax Avtovağzal» ASC ilə bağlı yazdıqları yanlış yazılarına görə üzr istəyib.