Tədbirdə müxtəlif ölkələrdən olan rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, tədbiri giriş sözü ilə açan bp-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir qonaqları bu cür möhtəşəm idman tədbiri münasibətilə təbrik edib.
bp-nin prezidenti Robert Dadli şirkətin həm də Azərbaycan olimpiya komandasının sponsorlarından biri olduğunu qeyd edərək qarşıdakı yarışlarda idmançılarımıza uğurlar arzulayıb.
Tədbirdə çıxış edən ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov hələ mübarizəyə qoşulmamış idmançılara uğurlar arzulayıb. Ölkəmizdə gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzundan danışan E.Nəsirov ARDNŞ-in idman tədbirlərinin təşkilində yaxından iştirak etdiyini bildirib.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin müstəqillik qazandıqdan sonra olimpiya oyunlarında qazandığı uğurlara qısa nəzər salıb. İdmana göstərilən dövlət qayğısından söz açan nazir olimpiya oyunlarının ölkəmizi daha yaxşı tanıtmaq baxımından önəmini vurğulayıb.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.