Suriyanın Paris Olimpiadasına göndərdiyi cüdoçu Almaniyaya sığınacaq üçün müraciət edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın Paris Olimpiadasına göndərdiyi cüdoçu Həsən Əl-Bayan oyunlardan sonra ölkəsinə qayıtmayıb və Almaniyadan sığınacaq üçün müraciət edib.
Bildirilir ki, Əl-Bayan siyasi və şəxsi səbəblərdən Suriyaya qayıtmaqdan imtina edib. Hadisə idman ictimaiyyətində və Suriyada geniş əks-səda doğurub.
Gülay