"Olimpiakos"a keçəcəyi bildirilən futbolçu "Səbail"lə müqaviləni yeniləyib

"Olimpiakos"a keçəcəyi bildirilən futbolçu "Səbail"lə müqaviləni yeniləyib
DÜNYA
20:27 21.01.2022
383
"Səbail" futbolçusu Turan Manafovla yeni müqavilə imzalayıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi ilə sözləşmənin müddəti 1 il uzadılıb.

Daha əvvəl Manafovun Yunanıstanın "Olimpiakos Volos" klubu ilə anlaşdığı və tezliklə müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR