"Olimpiakos"un baş məşqçisi: "Qrupda birinci yeri tutmaq istəyirik"

"Olimpiakos"un baş məşqçisi: "Qrupda birinci yeri tutmaq istəyirik"
İDMAN
19:49 26.08.2022
426
"Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Komanda ötən mövsüm ikinci yeri tutmaqla buna nail olub. Bu il qrupda lider olmaq və yaxşı futbol oynamaq istəyirik".

AZXEBER.COM xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Karlos Korberan deyib.

39 yaşlı mütəxəssis Avropa Liqasındakı istənilən komandanın layiqli rəqib olduğunu bildirib: "Olimpiakos" böyük ambisiyaları olan klubdur. Vaxtımız azdır. Komandanın bəzi mövqelərini gücləndirməyə çalışacağıq".

Qeyd edək ki, G qrupunda Fransanın "Nant" və Almaniyanın "Frayburq" komandaları da yer alıb.
OXŞAR XƏBƏRLƏR