Olimpiya çempionlarına 400 min manatlıq çek verildi - TƏDBİRDƏN FOTOLAR

Olimpiya çempionlarına 400 min manatlıq çek verildi - TƏDBİRDƏN FOTOLAR
İDMAN
00:43 25.08.2012
2421

Avqustun 24-də London Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasim Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib. Mərasimdə medal qazanan aşağıdakı idmançıların adları təntənə ilə qeydolunub:Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) - qızıl medal;Yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq) – gümüş medalQadın güləşçi Mariya Stadnik (48 kq) - gümüş medal;Yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq) – bürünc medal;Sərbəst güləşçi Xetaq Qazyumov (96 kq) – bürünc medal;Qadın güləşçi Yuliya Ratkeviç (55 kq) – bürüc medal;Boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) – bürünc medal;Ağır atlet Valentin Xristov (56 kq) - bürünc medal.Tədbirdə qeyd olunub ki, Azərbaycanın olimpiya yığması bu göstəricilərlə 205 ölkə arasında 30-cu olub, Avropa ölkələri arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yeri tutub.Mərasimin sonunda London Olimpiadasında Azərbaycana medallar qazandırmış idmançılara və onların məşqçilərinə pul mükafatları təqdim edilib.Xatırladaq ki, Prezident İlham Əliyev London Olimpiadasında yüksək nəticələr göstərən idmançılara həvəsləndirici mükafatların verilməsinə dair sərəncam vermişdi. Sərəncama əsasən, Olimpiya Oyunlarında birinci yeri tutan hər idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri tutan idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri tutan idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat məbləğində mükafatlar müəyyən edilib.//modern.az
  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək