Olimpiya çempionu dələduzluqda ittiham olunur

İDMAN
19:46 29.03.2024
184
Rusiyalı Olimpiya çempionu və "Novosibirsk" klubunun keçmiş baş direktoru Andrey Perlov dələduzluqda ittiham olunur.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsi ona qarşı cinayət işi açıb.

62 yaşlı sabiq idmançı 2020-2022-ci illərdə Novosibirsk təmsilçisinin baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, A.Perlov 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında qaçış üzrə qızıl medal qazanıb. O, həmçinin 2 dəfə Dünya Kubokunda komanda yarışlarının qalibi və 6 dəfə SSRİ çempionu olub.
 
///Report

OXŞAR XƏBƏRLƏR