Olimpiya çempionunun biznesi batır: Borc sahibləri qapıya dayanıb - FOTOLAR

Olimpiya çempionunun biznesi batır: Borc sahibləri qapıya dayanıb -  FOTOLAR
SOSİAL
17:36 26.04.2016
12557
Olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilən Tbilisi prospektində yerləşən “Nömrə 1” supermarketi bağlanıb. Salamazadə küçəsi 11 ünvanında yerləşən marketin qapısına qıfıl vurulub, mallar yığışdırılıb.
Xatırladaq ki, “Nömrə 1” supermarketləri paytaxtın 6 yerində fəaliyyət göstərirdi.
Musavat.com-un əməkdaşı mağazanın bağlanma səbəbini öyrənmək üçün Xətai rayonu, Həzi Aslanov küçəsindəki “Nömrə 1” supermarketində olub və vəziyyətlə maraqlanıb.
Market hələ ki, müştərilərin üzünə bağlanmayıb. İçəri daxil olub, işin gedişatını izlədik. Başqa supermaketlərlə müqayisədə daha az müştəri gözə dəyir. Adətən, kassanın ətrafında çoxlu müştəri olsa da, indi əksinə, marketdə seyrəklik hiss olunur.
Marketin aşağı mərtəbəsində də eyni mənzərənin şahidi olduq. Kifayət qədər geniş sahəsi olan supermarketdə satıcılar da az idi. Satıcı qıza yaxınlaşıb, müdiriyyətlə görüşmək istədiyimizi bildirdik. Müdiriyyətin yerində olmadığını, ancaq Akif adlı müdir əvəzedicisinin marketin yaxınlığındakı ofisdə olduğunu bildirdi.
Supermarketin bir addımlığındakı ofisin qarşısında çoxlu sayda adam toplaşmışdı. Onlara yaxınlaşanda məlum oldu ki, müxtəlif şirkətlərin, ərzaq firmalarının nümayəndələridir, bağlanmaqda olan marketdən qalıq borclarını almağa gəliblər. Otağın qarşısında təqribən 20-yə yaxın firma işçisi səhər saatlarından burada gözləyirdi, marketə verdikləri malların pullarını almağa çalışırdılar.
Özümüzü təqdim etmədən söhbətə qulaq müsafiri olduq. Məlum oldu ki, market sahibi aldıqları malların pulunu şirkət nümayəndələrinə vermir, onları get-gələ salır. “Nömrə 1” supermarketinin firma nümayəndələrinə 500 manatdan, 10 min manata qədər borclu qaldığını öyrəndik.
Adının çəkilməsini istəməyən şirkət nümayəndələrindən biri “Nömrə 1” supermarketlər şəbəkəsinin onları aldatdığını dedi: “Tbilisi prospektindəki mağazalardan biri bağlandıqdan sonra firmalara küllü miqdarda borcları qaldı. İndi həmin marketə verdiyimiz malların pulunu almaqda çətinlik çəkirik. Elə adam var ki, 6 aydan çoxdur, borcunu ala bilmir. Bir söz deyəndə də “arxamız güclüdür” deyirlər. Artıq 1 həftədir ki, ofisin qabağında dayanıb, bizi qəbul etmələrini gözləyirik. Hələ də növbə çatmır ki, çatmır. Biz satıb, xərclədikləri malların pulunu istəyirik”.
Narazı firma nümayəndələri bu gedişlə borclarını ala bilməyəcəklərini dedilər: “Hər iki aydan bir mühasib dəyişir. Mühasibin biri ilə görüşürsən, bir müddət sonra gəlirik ki, onu yerinə başqa birisi gəlib. Beləliklə aylardır, vaxt uzada-uzada bizi gecikdirilər”.
Məsələ ilə bağlı mağazanın mühasibat işlərini aparan Akif adlı şəxslə əlaqə saxlamağa çalışdıq. Mağazanın bağlanma səbəbini və firmalara olan borclar haqqında məlumat almaq istəsək də, köməkçisi “Akif müəllim, danışmaq istəmir” deyib, qapını üzümüzə bağladı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik