Olimpiya mükafatçısı 35 yaşında dünyasını dəyişdi

İDMAN
09:53 29.01.2013
1341

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış böyük britaniyalı akademik avarçəkən Eyser Neterkott 35 yaşında dünyasını dəyişib.

Ölümə səbəb beyin xərçəngidir.

Neterkost bu xəstəliklə 2010-cu ildən mübarizə aparırdı.

Qeyd edək ki, Eyser Neterkott 8 nəfərlik qayıqda sükançı qismində yarışlara qatılıb. O, Pekin olimpiadasının gümüş medalından əlavə, Dünya Kuboku mərhələlərində 6 medal qazanıb.//qpl.az

OXŞAR XƏBƏRLƏR