Olimpiya Oyunları başlayır: Azərbaycana qızıl medalı kim gətirəcək?

Olimpiya Oyunları başlayır: Azərbaycana qızıl medalı kim gətirəcək?
İDMAN
11:57 23.07.2021
1012

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasim olacaq


AZXEBER.COM Tokio-2020 Yay Olimpiya Oyunlarında Milli Olimpiya Komandamızla bağlı ilkləri və maraqlı faktları təqdim edir.

Olimpiada tariximizdə ilk dəfə Azərbaycanı Olimpiya Oyunlarda 9 cüdoçu təmsil edəcək. Kişilərdən ibarət milli komandamız Tokioya tam heyətlə - 7 cüdoçu ilə yollanacaq. Bu da kişilərdən ibarət milli komandamız üçün ilkdir.

Cüdoçularımızdan Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıblar. Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerska (+78 kq) Tokio-2020-də iştirak edəcək.

Azərbaycan tarixdə ilk dəfə Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq. Milli komandamızın lideri Edi Reski Dviçayo lisenziya uğrunda gərgin mübarizədə kişi badmintonçuların şəxsi yarışında bu yay Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb. Olimpiya Təsnifat Reytinqində 31-ci olan Edi olimpiadaya lisenziyanı təmin edib.

Olimpiya Oyunlarının proqramına ilk dəfə daxil edilən karate idman növü üzrə isə Tokio-2020-də 3 karateçimiz iştirak edəcək. Bunlar kumite yarışlarında mübarizə aparacaq Firdovsi Fərzəliyev (-67 kq), Rafael Ağayev (-75 kq) və İrina Zaretskadır (+61 kq).

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi 7 hakim də təmsil edəcək: Kvanq Çeol On (taekvondo), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma), Cahangir Babayev (karate), Rza Əliyev (kişi idman gimnastikası), Anar Babanlı (boks), Fikrət Vəliyevin (qılıncoynatma).

Fəridə Əzizova ən azı üç Olimpiadada iştirak edəcək 12-ci Azərbaycan idmançısıdır. Ən çox Olimpiya Oyunlarında iştirak edən azərbaycanlı idmançıların siyahısına düşən yeganə taekvondoçu kimi öz idman növündə tək olan atletimiz həm də yaşına görə rekord vurub. O, 26 yaşında özünün 3-cü Olimpiadasına qatılacaq. Bu, Azərbaycan idmançıları arasında mütləq rekorddur.

Tokio-2020-də əsas medal ümidlərimizdən olan Mariya Stadnik isə dördüncü Olimpiadasına yollanacaq. Qadın güləşçimiz bununla da güllə atıcısı İradə Aşumovanın rekordunu təkrarlayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi