Olimpiya Oyunları üçün həyata keçiriləcək tikinti layihələrinin planı açıqlandı

Olimpiya Oyunları üçün həyata keçiriləcək tikinti layihələrinin planı açıqlandı
İDMAN
10:40 21.02.2012
2353

Azərbaycan Milli Olimpiya Komitəsi Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi təsdiq olunduğu təqdirdə həyata keçiriləcək tikinti layihələrinin planını açıqlayıb.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Trend-ə bildirib ki, Azərbaycanın İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyi "Sifariş kitabında" infrastruktur layihələrinin, obyektlərin yerləşdiyi ərazi və tamaşaçı tutumu göstərilib.

"Layihələrin həyata keçirilməsinə isə Bakı namizəd şəhər kimi seçildikdən sonra başlanacaq", - o bildirib.

Hüseynzadə "Olimpiya şəhərciyi"nin yeri və planı barədə də danışıb. Onun sözlərinə görə, şəhərcik "Azərneftyağ" zavodunun ərazisində tikiləcək.

"Azneftyağın ərazisindəki zavod "Olimpiya şəhərciyi"nin tikilib-tikilməməsindən asılı olmayaraq təyin olunan vaxt çərçivəsində köçürüləcək. Lakin orada Olimpiya obyektlərinin tikintisi Olimpiya Oyunlarının keçirilməsi Bakıya həvalə olunarsa, aparılacaq", - o deyib.

Hüseynzadə bildirib ki, "Olimpiya şəhərciyiⅦndə idmançıların yaşaması üçün evlər, yeməkxanalar, istirahət mərkəzləri, poliklinikalar və digər Olimpiya kəndinin tələbinə uyğun obyektlər tikiləcək. MOK-un vitse-prezidenti "Azərneftyağ"ın hazırkı 150 hektar ərazisinin "Olimpiya şəhərciyi" üçün kifayət edəcəyini vurğulayıb.

Hüseynzadə qeyd edib ki, olimpiadanın açılış və əsas stadionu Böyükşor qəsəbəsində tikiləcək 60 minlik tamaşaçı tutumuna malik arena olacaq.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcək. Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də iddialarını irəli sürüblər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcək. 2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq. BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə gənc oğlan öz bağında ölü tapıldı
17:06 13.05.2025
Türkiyədə gənc oğlan öz bağında ölü tapıldı
Azərbaycanın yeni hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
17:03 13.05.2025
Azərbaycanın yeni hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
16:40 13.05.2025
"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı
16:29 13.05.2025
P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı
Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU
16:29 13.05.2025
Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU
Lionel Messi yeni mövsümdə bu klubda çıxış edəcək - İddia
16:27 13.05.2025
Lionel Messi yeni mövsümdə bu klubda çıxış edəcək - İddia
ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
16:05 13.05.2025
ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
İran: PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq
15:58 13.05.2025
İran: PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq
Magistratura imtahanının nəticələri açıqlandı
15:55 13.05.2025
Magistratura imtahanının nəticələri açıqlandı
İtaliyadakı Etna vulkanı püskürdü
15:45 13.05.2025
İtaliyadakı Etna vulkanı püskürdü
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
15:42 13.05.2025
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
Bəzi məktəblərdə 11-ci siniflər dərsə gəlmir - Direktorlar nəyin qarşılığında buna göz yumur?
15:25 13.05.2025
Bəzi məktəblərdə 11-ci siniflər dərsə gəlmir - Direktorlar nəyin qarşılığında buna göz yumur?
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
15:23 13.05.2025
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
15:22 13.05.2025
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
15:21 13.05.2025
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
15:19 13.05.2025
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir